Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda qanunsuz quraşdırılmış və heç bir huquq müəyyənedici sənədləri olmayan köşk və talvarlar söküldü.

02 may 2024 | 12:54

Goranboy rayonununda heç bir hüquqmüəyyənedici sənəd olmadan və mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq razılıq alınmadan qanunsuz tikinti işlərinin aparılması ilə bağlı müvafiq  araşdırmalar davam etdirilir. Goranboy rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən birgə həyata keçirilən tədbirlər nəticəsində   Qızılhacılı qəsəbəsi, Balakürd, Tap Qaraqoyunlu, Nadirkənd və Qaradağlı  kəndləri ərazilərində qanunsuz quraşdırılmış və heç bir hüquqmüəyyənedici sənədləri olmayan köşk və talvar   sökülmüşdür. Goranboy RİH  aidiyyəti dövlət qurumları ilə birgə, rayon ərazisində qanunsuz tikinti işlərinin qarşısının alınması istiqamətində qanunamüvafiq tədbirlərin görülməsini davam etdirəcəkdir.

Keçidlər