Goranboyda qalib idmançı ilə görüş keçirildi
09 iyul 2026 | 11:51
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Bakı şəhərində Türk dilli dövlətlərin idmançılarının iştirakı ilə keçirilən “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsində I yerə layiq görülən goranboylu idmançı Nicat Qasımovla görüşdü. Rayon rəhbəri idmançını qazandığı nailiyyət münasibətilə təbrik edərək idman sahəsində əldə edilən uğurların ölkəmizdə, o cümlədən Goranboy rayonunda idmanın inkişafına göstərilən dövlət qayğısının və yaradılmış əlverişli şəraitin nəticəsi olduğunu bildirdi. Sonda qalib idmançıya Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanı təqdim olundu.








