Goranboyda “Psixoloqların rolunu gücləndirməklə uşaq hüquqlarının müdafiəsinin təşkili” layihəsi əsasında seminar keçirildi.
Goranboy rayon İcra Hakimiyyətinin və “Hüquq dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin birgə təşkilatşılığı və Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Ağentliyinin dəstəyi ilə, Goranboy rayonu Gənclər evində “Psixoloqların rolunu gücləndirməklə uşaq hüquqlarının müdafiəsinin təşkili” layihəsi əsasında seminar keçirildi. Seminarda rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Ziya Aslanov, “Hüquq dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sədri Zaur Quliyev, layihə rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dossent Müzəffər Hüseynov, layihə üzrə ekspert, psixologiya üzrə fəlsəfə doktoru Elmira Mirzəyeva və rayonun ümumtəhsil məktəblərinin psixoloqları, Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları iştirak etdilər. Tədbirin sonunda bütün iştirakçı psixoloqlara “Hüquq dünyası” Hüquqi Təbliğat İctimai Birliyinin sertifikatları təqdim edildi.