Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Polis Günü ilə bağlı tədbir keçirildi

02 iyul 2025 | 17:29

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayon Polis şöbəsinin rəisi Məmməd Hüseynov, rayonun digər rəhbər şəxsləri  və bir qrup polis əməkdaşları “02 iyul-Azərbaycan Polisi Günü” ilə bağlı, Ümummilli Lider  Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir rayon Polis şöbəsində davam etdirildi. Prezident cənab İlham Əliyevin ölkənin daxili işlər orqanlarında uğurla həyata keçirdiyi islahatlar və Dövlət Başçısının bu sahəyə göstərdiyi diqqət və qayğı barədə danışan icra başçısı Məhərrəm Quliyev Polisin Peşə bayramı günü ilə bağlı, rayon Polis şöbəsinin rəhbərliyini və bütün şəxsi heyyətini təbrik etdi. Tədbirdə Polis şöbəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.

1998-ci ildən  iyulun 2-si prezident, Ümummilli Lider  Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

Keçidlər