Goranboyda pambıqçılığın inkişafı diqqət mərkəzindədir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası, aqrar sahədə görülən işlərin yerində öyrənilməsi və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun Balakürd kəndində fermer Abbasov Səyavuş Homuş oğluna məxsus təsərrüfatda oldu. Rayon İcra Hakimiyyətinin başçısı təsərrüfatda pambıq tarlasına baxış keçirərək sahədə aparılan becərmə işlərinin gedişi ilə yerində tanış olub, texnika təminat və görülən aqrotexniki tədbirlər barədə məlumat aldı. Məhərrəm Quliyev pambıqçılığın inkişafı ilə bağlı Prezident cənab İlham Əliyevin müəyyən etdiyi vəzifələrin rayonda da uğurla icra ounduğunu, əkin sahələrinin genişləndirilməsi, aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi daim diqqət mərkəzində saxlanıldığını bildirdi. Sonda fermer Abbasov Səyavuş Homuş oğlu kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyinin təsərrüfat fəaliyyətinin genişləndirilməsinə və məhsuldarlığın artırılmasına mühüm töhfə verdiyini vurğulayaraq, aqrar sahəyə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildirdi.








