Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda pambıq yığımında bol məhsul əldə olunur.

16 noyabr 2023 | 10:27

Goranboy rayonunda ənənəvi kənd təsərrüfatı sahələrindən olan pambıqçılığın inkişafı da uğurla aparılır. Bunun nəticəsidir ki, əvvəlki illərdə olduğu kimi, bu il də rayon sakinləri sahələrdə bol pambıq becərmişlər. Məlumat üçün bildiririk ki, rayonda pambıqçılıqla əsasən, "MKT İstehsal Kommersiya" MMC, "Azərpambıq" MMC və "Goran-Cotton" MMC məşğul olur. Ümumilikdə cari ilin məhsulu üçün  1539,8 hektar sahədə pambıq əkilmişdir. Hazırda rayonda pambıq yığımı surətlə davam etdirilir. 16 noyabr tarixə rayon üzrə 3700 tona yaxın pambıq yığılaraq qəbul məntəqələrinə  təhvil verilmişdir. Rayonda pambıqçılığın inkişaf etdirildiyi əsas  ərazilər Qızılhacılı qəsəbəsi,  Səfikürd, Xan Qərvənd, Boluslu, Borsunlu, Hazırəhmədli, Quşçular  və  Fəxralı kəndləridir. Ümumiyyətlə, rayonda yetişdirilmiş pambığı havalar soyumamış yığıb təhvil vermək üçün bütün qüvvələr səfərbərliyə alınmışdır. İstər texnika, istərsə də canlı qüvvənin vaxtında tarlalara çıxması üçün bütün imkanlardan istifadə edilir.

Keçidlər