Goranboyda pambıq yığımı sürətlə davam edir
10 oktyabr 2026 | 15:16
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə Quşçular kəndi ərazisində pambıq sahələrində aparılan yığım işlərinin gedişi ilə yerində tanış oldu. Rayon rəhbəri sahələrdə yığım prosesinin səmərəli təşkili, texnikadan düzgün istifadə və məhsulun vaxtında tədarükü ilə bağlı məsələlərlə maraqlanaraq aidiyyəti şəxslərə yığım işlərinin operativ və fasiləsiz davam etdirilməsi, fermerlərə lazımi dəstəyin göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verdi. Qeyd edək ki, cari təsərrüfat ilində rayonda 1492,6 hektar sahədə pambıq əkilib. Yığım işlərinə yeni başlanılmasına baxmayaraq, bu günədək 700 tondan çox məhsul toplanıb.








