Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda pambıq yığımı sürətlə davam edir

29 oktyabr 2025 | 10:34

Goranboy rayonu ərazisində, ümumilikdə 1983,3 hektarda becərilmiş  pambıq tarlalarında fermerlər  məhsul yığımına fəal şəkildə qoşularaq yüksək göstəricilər əldə etməyə çalışırlar. Hazırda cari məhsul ili üçün pambıq yığımı sürətlə davam etdilir və bu günədək 2400 tona yaxın məhsul toplanmışdır. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslər və bir qrup fermerlərlə birgə, Goranboy şəhəri ərazisində pambıq tarlasında aparılan yığım işləri ilə yerində tanış oldu.

Keçidlər