Goranboyda pambıq yığımı sürətlə davam edir
05 oktyabr 2025 | 18:48
Goranboy rayonunda pambıq yığımı kampaniyası sürətlə davam edir. Fermerlər tarlalarda məhsul yığımına fəal şəkildə qoşularaq yüksək göstəricilər əldə etməyə çalışırlar. Goranboy şəhər sakini Novruzov Bəhruz Nəriman oğlu “Azərpambıq” MMC ilə bağladığı müqavilə əsasında 2,0 hektar sahədə pambıq əkmişdir. Hazırda yığım prosesini davam etdirən fermer hər hektardan orta hesabla 30 sentner məhsul əldə edir.








