Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda pambıq yığımı davam edir.

31 oktyabr 2022 | 14:24
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri və aidiyyəti məsul şəxslərlə birgə, “Azərpambıq” MMC-nin Goranboy rayon pambıq qəbulu məntəqəsində oldu. İcra Başçısı, hazırda rayonda aparılan pambıq yığımı və xammalın Qəbul məntəqələrinə daşınması, saxlanılması, yanğın təhlükəsizliyinin təmin edilməsi, ümumilikdə Qəbul məntəqəsinin fəaliyyəti ilə yerində maraqlandı. Goranboy rayonunda cari məhsul ilində 2526,2 hektar sahədə pambıq becərilmişdir. Rayonda pambıqçılığın becərilməsi və tədarükü ilə bağlı “MKT İstehsal Kommersiya” MMC, “Azərpambıq” MMC və “Goran-Cotton” MMC fəaliyyət göstərir. Sentyabr ayının əvvəlindən başlanan pambıq yığımı hazırda davam etdirilir və 31 oktyabr 2022-ci il tarixə 3800 tona yaxın məhsul toplanmışdır.
Keçidlər