Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda pambıq tədarükü aqrar sektorun aparıcı sahələrindən biridir

26 may 2025 | 14:46

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Emin Eyvazov Goranboyda pambıq sahəsində oldular, burada pambığın becərilməsi işləri ilə maraqlandılar. Məlumat üçün bildiririk ki, rayonumuzda pambıqçılığın becərilməsi və tədarükü ilə bağlı, “Prime Cotton” MMC, “Azərpambıq” MMC və “Goran-Cotton” MMC fəaliyyət göstərir. Cari ilin pambıq əkini məqsədilə, 1821,9 hektar sahədə müqavilə bağlanmış və 1805,9 ha sahədə çiyid səpini aparılmışdır. Hazırda,  1663,3 ha sahədən çıxış alınmışdır.

Keçidlər