Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda pambıq istehsalında uğurlu nəticə gözlənilir.

01 noyabr 2023 | 17:38

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə “Goran–Cotton” MMC-nin Dəliməmmədli şəhəri ərazisində fəaliyyət göstərən pambıq qəbulu  məntəqəsində oldu. İcra başçısı burada, tədarük edilən pambıq tayalarına baxış keçirdi, pambığın saxlanılma vəziyyəti ilə yaxından tanış oldu və bu sahədə  görüləcək müvafiq işlərlə bağlı tapşırıq və tövsiyyələrini bildirdi. Hazırda rayonda fəaliyyət göstərən 3 pambıq tədarükü məntəqələri üzrə 01.11.2023-cü il tarixə, ümumilikdə  2600 tona yaxın pambıq tədarük edilmişdir. Pambıq yığımı uğurla davam etdirilir. Məlumat üçün bildiririk ki, rayon ərazisində “Azərpambıq” MMC, “MKT İstehsal  Kommersiya” MMC və “Goran–Cotton” MMC tərəfindən,  cari məhsul ilində ümumilikdə 1539,8 hektar sahədə pambıq becərilmişdir.

Keçidlər