Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda pambığın istehsalında yüksək nəticə gözlənilir.

06 oktyabr 2022 | 10:44
Goranboy rayonunda kənd təsərrüfatının hər bir sahəsi kimi, pambıqçılıq da inkişaf etdirilir. Cari məhsul ilində 2526, 2 hektar sahədə pambıq becərilib. Sentyabr ayının əvvəlindən başlanan pambıq yığımı hazırda davam etdirilir. 06.10.2022-ci il tarixə 703 ton məhsul toplanaraq pambıq məntəqələrinə təhvil verilmişdir.
 
Bildiririk ki, rayonumuzda pambıqçılığın becərilməsi və tədarükü ilə bağlı “MKT İstehsal Kommersiya” MMC, “Azərpambıq” MMC və “Goran-Cotton” MMC fəaliyyət göstərir.

 

Keçidlər