Goranboyda övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrində monitorinqlər aparıldı.
23 iyun 2023 | 09:35
Azərbaycan Respublikasının Prezidentinin 2020-ci il 22 iyul tarixli 2173 nömrəli Sərəncamına əsasən, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.5.7 bəbdinə uyğun olaraq “Övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrində monitorinqin aparılması” ilə bağlı, Goranboy rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiya üzvlərinin, Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə iştirakı ilə rayonun Dəliməmmədli şəhəri və Səfikürd kəndi ərazisində övladlığa götürülmüş, qəyyumluğa və ya himayəyə verilmiş uşaqların ailələrində monitorinqlər təşkil edildi.