Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, Novruz bayramı ümumrayon tədbirləri çərçivəsində, ilaxır-torpaq çərşənbəsi bayram tədbiri keçirildi.

20 mart 2024 | 10:32

Goranboy rayonunun Tatarlı kəndində, Novruz bayramı ümumrayon tədbirləri çərçivəsində, ilaxır-torpaq çərşənbəsi bayram tədbiri keçirildi. Tədbirdə İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, Qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. İcra başçısı tədbir iştirakçılarını, xalqımızın milli adət-ənənələrini özündə əks etdirən Novruz bayramı münasibətilə təbrik edərək can sğlığı, bol ruzi və sülh-əmin-amanlıq arzuladı. Tədbirdə rayonumuzun mədəniyyət işçilərinin və incəsənət ustalarının ifasında bayram proqramı, folklor nümunələri təqdim edildi, milli mətbəximizi və qədim adət-ənənələrimizi özündə əks etdirən əyani səhnələr nümayiş etdirildi, bayram tonqalı yandırıldı.

Keçidlər