Goranboyda, “Növbəti stansiya Gənclik” layihəsi əsasında tədbir keçirilib.
21 fevral 2024 | 09:56
Goranboy RİH və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun dəstəyi və Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə Goranboy şəhəri 1 nömrəli tam orta məktəbdə “Növbəti stansiya Gənclik” layihəsi əsasında tədbir keçirilib. Layihənin əsas məqsədi gənclərin bacarıqlarının gücləndirilməsi, cəmiyyətdə aktiv vətəndaşlığının təmin olunması, gələcək karyera seçimlərinin və məqsədlərinin müəyyən olunması, gənclərlə iş sahəsində təşəbbüslərin artmasına töhfə vermək olub. Layihə 100 gənci əhatə edib.