Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda növbəti səyyar qəbul Yuxarı Ağcakənd qəsəbəsində keçirildi.

05 sentyabr 2024 | 14:54

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə obyektiv  və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və  tapşırıqlarına  uyğun olaraq, həmçinin  bu istiqamətdə dövlət siyasətini əsas tutaraq,  yerlərdə  vətəndaşların səyyar qəbulları həyata keçirilir. Səyyar qəbullar - əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir. Goranboy rayon İcra Hakimiyyətinin başçısı  Məhərrəm Quliyev,   xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallarla birgə, Yuxarı  Ağcakənd qəsəbəsində  səyyar qəbul keçirdi, mövcud problemlərin   həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyyələrini bildirdi.

Keçidlər