Goranboyda növbəti səyyar qəbul Yeniyol kəndində keçirildi
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinə operativ baxılması, obyektiv yanaşılması və bu istiqamətdə vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı, müvafiq Sərəncam və tapşırıqlarına uyğun olaraq, həmçinin bu istiqamətdə dövlət siyasətini əsas tutaraq, yerlərdə vətəndaşların səyyar qəbulları həyata keçirilir. Qəbulda öncə, Möhtərəm prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli siyasi strategiyanın, dövlətimizin təhlükəsizliyinin təminatı, sosial-iqtisadi inkişafının daha yaxşılaşdırılması istiqamətlərində görülən işlərin əhali arasında təbliği məqsədilə İcra Başçısı tərəfindən geniş məzmunlu məruzə edilir. Səyyar qəbullar-əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə keçirilir. Bu məqsədlə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərləri və bir qrup ictimai fəallarla birgə, Yeniyol kəndində səyyar qəbul keçirdi. Sakinləri dinləyən icra başçısı mövcud problemlərin həlli ilə bağlı, aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini bildirdi.
Həmçinin, İcra Başçısı “inzibati ərazi dairəsi üzrə nümayəndəliyin 2025-ci il ərzində ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı sahəsində görülmüş işləri barədə” hesabat məruzəsini və yerli bələdiyyənin fəaliyyəti barədə çıxışını dinlədi. Sonra hesabat məruzəsi ətrafında sakinlərin fikirləri, həlli vacib problemlər və təkliflər dinlənildi. İcra nümayəndəliyi ilə yerli bələdiyyənin əlaqəli fəaliyyətinin ərazinin sosial-iqtisadi inkişafının təmin olunmasında məqsədyönlü olduğu diqqətə çatdırıldı və müsbət qiymətləndirildi.








