Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda növbəti sel suları yenə fəsadlara səbəb olub.

15 may 2024 | 09:33

Bildiririk ki,  may ayının 12-14-ü tarixlərində  baş verən leysan yağışları nəticəsində Gorançayın Qaraçay qolunda və İncəçay çayında suyun səviyyəsi artıb, yaranan sel suları Goranboy rayonunun  Tatarlı, Səfikürd, Xan Qərvənd və Əlirzalı kəndləri ərazisində əkin sahələrinə, fərdi təsərrüfatlara qismən  ziyan vurub.  Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslər və xidmət sahələrinin rəhbərləri ilə birgə, selin fəsad yaratdığı ərazilərdə mövcud vəziyyətlə yerində maraqlanıb. Rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası tərəfindən müvafiq texnikalar əraziyə cəlb edilməklə sel sularının əhalinin yaşadığı əraziyə keçməsinin qarşısı alınmış, hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir

 

Keçidlər