Goranboyda "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prokursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair” tədbir keçirildi
13 dekabr 2024 | 15:54
"Narkotik vasitələrin, psixotrop maddələrin və onların prokursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər Dövlət Proqramı”nın icrası ilə əlaqədar, Goranboy rayon İcra Hakimiyyəti, rayon Polis Şöbəsi, Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru, Goranboy rayonu Gənclər və İdman sektoru, Uşaq və Ailələrə Dəstək Mərkəzi və bir qrup müəllim və məktəblilərin birgə iştirakı ilə Goranboy şəhəri 1 saylı tam orta məktəbdə tədbir keçirildi. Tədbirdə, rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Seymur Nazarov, rayon Polis şöbəsinin rəisi Məmməd Hüseynov və aidiyyəti təşkilat rəhbərləri iştirak etdilər.