Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə” mövzusunda növbəti maarifləndirici tədbir keçirildi.

03 noyabr 2023 | 09:52

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı” nın icrası məqsədi ilə   Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayon Polis şobəsi, rayon Prokurorluğu, Goranboy-Naftalan rayonları üzrə Təhsil sektoru , Uşaq və Ailələrə Dəstək Mərkəzi, rayon Gənclər və İdman Sektoru, rayon Mərkəzi Xəstəxanası, rayonda fəaliyyət göstərən tam orta məktəblərin direktor, müavin, psixoloq və yuxarı sinif şagirdləri, yerli icra nümayəndələri və bələdiyyələrin birgə iştiraki ilə “Yeniyetmə və gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair” məlumatlılıq səviyyəsinin artırılması, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə” mövzularında Goranboy şəhər 1 nömrəli tam orta məktəbində  növbəti maarifləndirici tədbir keçirildi.

Keçidlər