Goranboyda “MyGov” portalının təşviqi və portalın üstünlükləri mövzusunda maarifləndirici tədbir keçirildi
Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarovun rəhbərliyi, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və İnzibati Ərazi Dairələri üzrə Nümayəndələrin iştirakı ilə “Yerli İcra Hakimiyyətlərində Rəqəmsallaşma üzrə Yol Xəritəsi”nin icrası ilə bağlı iclas keçirildi.
İclasda Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2026-cı il tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”ndan irəli gələn vəzifələr, rəqəmsal idarəetmənin təkmilləşdirilməsi və elektron xidmətlərin genişləndirilməsi məsələləri müzakirə olundu.
Qeyd olundu ki, “MyGov” portalından istifadə vətəndaşların dövlət xidmətlərinə daha rahat çıxışını təmin edir, vaxta qənaət etməyə və bir sıra xidmətlərdən elektron formada yararlanmağa imkan yaradır. Portalın üstünlükləri barədə vətəndaşların məlumatlandırılması, əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi və rəqəmsal xidmətlərdən istifadənin təşviq edilməsinin vacibliyi vurğulandı.
İclasın sonunda Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə icrası, “myGov” platformasının imkanlarının əhali arasında geniş təşviqi və rəqəmsal xidmətlərdən istifadənin artırılması ilə bağlı müvafiq tapşırıqlar verildi.
📱 Hörmətli rayon sakinləri!
Sizi “myGov” platformasının imkanlarından fəal istifadə etməyə, elektron xidmətlərlə tanış olmağa və rəqəmsal imkanlardan yararlanmağa dəvət edirik.
“myGov” portalı dövlət xidmətlərinə rəqəmsal çıxışı asanlaşdırır. Platforma vasitəsilə dövlət orqanlarına getmədən bir sıra elektron xidmətlərdən yararlanmaq, dövlət informasiya sistemlərində mövcud olan şəxsi məlumatlarla — əmək fəaliyyəti, təhsil, ailə vəziyyəti və digər məlumatlarla tanış olmaq, həmçinin müvafiq elektron sənəd və arayışları əldə etmək mümkündür.
📌 myGov platformasında qeydiyyatdan keçərkən GRANBYRH dəvət kodunu daxil etməyi unutmayın!
Rəqəmsal xidmətlərdən istifadə edin, vaxtınıza qənaət edin və elektron imkanlardan faydalanın!
#Goranboy #myGov #Rəqəmsalİnkişaf #ElektronXidmətlər








