Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Müstəqillik – milli qürurumuz” adlı ekskursiya təşkil olundu

15 oktyabr 2026 | 10:39
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində 18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Goranboy rayon Heydər Əliyev Mərkəzində şagirdlərin iştirakı ilə “Müstəqillik – milli qürurumuz” adlı tədbir keçirildi. Əsas məqsədi şagirdlərə Azərbaycanın dövlət müstəqilliyinin bərpası tarixi haqqında ətraflı məlumat vermək, onlarda milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və tarixi irsimizə hörmət hissini gücləndirmək olan tədbir zamanı şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi istiqamətindəki tarixi xidmətləri haqqında məlumat əldə etdilər.
Keçidlər