Goranboyda “Mülki müdafiə hazırlığının təşkil olunması, təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirildi.
Goranboy Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Qızılhacılı qəsəbəsində istehsal və xidmət sahələrində işləməyən əhalinin mülki müdafiə hazırlığının artırılması məqsədilə “Mülki müdafiə hazırlığının təşkil olunması, təbii fəlakət və texnogen qəzalar zamanı davranış qaydaları” mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə əhalinin fövqəladə hallar zamanı düzgün davranış qaydaları barədə maarifləndirilməsi, onların mülki müdafiə sahəsində biliklərinin artırılması və təhlükəsizlik tədbirlərinə dair məlumatlılığının yüksəldilməsi məqsədilə geniş məlumat verildi. Çıxışlar zamanı yanğın, zəlzələ, sel və daşqın, torpaq sürüşməsi və digər təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi diqqətə çatdırılıb. Sakinlərə belə hallarda operativ və düzgün qərar qəbul edilməsi, təxliyə qaydaları və ilkin təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat verildi. Tədbirin sonunda sakinlərin sualları cavablandırılıb, onları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.








