Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda müasir suvarma sistemlərinin tətbiqi və genişləndirilməsi istiqamətində fermer və sahibkarlarla maarifləndirici görüş keçirildi

28 iyul 2026 | 12:42

Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıqlarına uyğun olaraq təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Goranboy rayonunun Alpoud kəndində müasir suvarma sistemlərinin tətbiqi və genişləndirilməsi istiqamətində fermer və sahibkarlarla maarifləndirici görüş keçirildi. Görüş zamanı kənd təsərrüfatında su ehtiyatlarından səmərəli istifadə olunmasının vacibliyi, iqlim dəyişikliklərinin yaratdığı çağırışlar və bu şəraitdə müasir suvarma texnologiyalarının tətbiqinin əhəmiyyəti barədə ətraflı məlumat verildi. Tədbirdə damcı və yağmurlama üsulu ilə suvarma sistemlərinin üstünlükləri, su itkilərinin azaldılması, torpağın münbitliyinin qorunması və məhsuldarlığın artırılmasında oynadığı rol iştirakçıların diqqətinə çatdırılaraq dövlət tərəfindən aqrar sahəyə göstərilən dəstək tədbirləri, subsidiya mexanizmləri və fermerlərin bu imkanlardan yararlanma qaydaları barədə məlumat verildi. Görüş iştirakçıları müasir suvarma sistemlərinin tətbiqi ilə bağlı təkliflərini bildirdi və onları maraqlandıran suallar cavablandırıldı. Keçirilən tədbirin rayonda müasir suvarma texnologiyalarının geniş tətbiqinə, su resurslarından daha səmərəli istifadəyə və kənd təsərrüfatında məhsuldarlığın artırılmasına töhfə verəcəyi vurğulandı.

Keçidlər