Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, mövsümün toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı keçirildi.

12 sentyabr 2024 | 09:24

Goranboyda,  rayon İcra Hakimiyyəti və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı  ilə mövsümün toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı  keçirildi. Tədbirdə, rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Seymur Nazarov,  Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Azərbaycan Toxumçular Assosasiyasinin sədri Mədinə Əliyeva, Azərbaycan Sahibkarlar Konfederasiyanın vitse-prezidenti Vuqar Zeynalov və yerlərdə fəaliyyət göstərən aidiyyəti dövlət  qurumlarının nümayəndələri iştirak etdilər. Gəncə şəhəri, Goranboy, Göygöl, Samux və Yevlax rayonlarından olan toxumçu fermerlərin, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlərin birgə iştirakı ilə keçirilən yarmarkada  məhsulların nümayişi və satışı həyata keçirilib. Yarmarkada əkin materialı kimi sertfikatlı toxumlara üstünlük verməyin vacibliyi, yerli şəraitə və torpaq xüsusiyyətlərinə uyğun toxum seçimi, məhsuldarlığın artırılmasında aqrotexniki qulluğun rolu barədə iştirakçılara məlumat verilib. Rayonlaşdırılmış və sertifikatlı toxumlar nümayiş olunub, mütəxəssislər tərəfindən fermerlərə dənli bitkilərin və tərəvəzlərin əkin texnologiyası ilə bağlı tövsiyələr verilib. Keçirilən tədbirlər çərçivəsində fermerlər üçün kredit yarmarkası da təşkil olunub, fermerlərə müxtəlif kredit məhsulları təklif olunub və informasiya materialları təqdim edilib. Sərgi-satış yarmarkalarının müxtəlif regionlarında keçirilməsində əsas məqsəd toxum bazarının daha da inkişafına nail olmaq, fermerlərin sertifikatlı toxumlara əlçatanlığını təmin etməkdir.

Keçidlər