Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda mövsümi taxıl biçinində yüksək məhsuldarlıq gözlənilir

20 iyun 2025 | 09:13

Goranboy rayonunda cari məhsul ilində, ümumilikdə - 19505.7 ha  taxıl səpini, o cümlədən: buğda-5716,5 ha, arpa-12941,2 ha, xəsil-848 ha aparılmışdır. Hazırda rayonda taxıl biçini işləri davam etdirilir. 9402 hektar  arpa biçinindən 32398.6 ton, 67 hektar buğda biçinindən 226.5 ton məhsul yığılmışdır. Məhsuldarlıq orta hesabla 34 sentner təşkil edir. Taxıl biçininə 69 kombayn cəlb edilmişdir.

Keçidlər