Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin monitorinqi” məqsədilə sorğu keçirildi.

19 noyabr 2022 | 10:10

“Azərbaycan Respublikasında Məişət Zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı”na    əsasən,  məişət zorakılığının yayılma səviyyəsinin və onu törədən səbəblərin monitorinqi məqsədilə, Goranboy rayon İcra Hakimiyyəti və Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə Goranboy şəhər əhalisi arasında sorğu keçirildi. Keçirilmiş sorğunun nəticəsinə əsasən məişət zorakılığının yayılması və onu törədən səbəblərin aşkarlanması istiqamətində maarifləndirici təbliğat və təşviqat işlərinin davamlı aparılması və vətəndaşlar arasında məlumatlılığın artırılması məqsədəmüvafiq hesab edilmişdir.

Keçidlər