Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Məişət zorakılığından zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin olunması və zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması” istiqamətində maarifləndirmə-təbliğat işləri aparılmışdır.

17 avqust 2022 | 11:10

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” əsasında hazırlanmış tədbirlər Planına uyğun olaraq, Goranboy rayon İcra Hakimiyyəti, rayon Polis şöbəsi və Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə əməkdaşlığı ilə “Məişət zorakılığından zərər çəkmiş şəxslərin təhlükəsizliyinin təmin olunması və zərər çəkmiş şəxslərlə bağlı məlumatların konfidensiallığının qorunması” ilə bağlı Yeni qəsəbə İcra nümayəndəliyi ərazisində vətəndaşlara məişət zorakılığı, məişət zorakılığının cinayət olması, zorakılıq törətmiş şəxsin məsuliyyətləri, zorakılığa məruz qalmış şəxslərin aidiyyəti orqanlara məlumat vermələri, bu cür halların qarşısının alınması və s. mövzular haqqında ətraflı məlumatlar verildi, bununla bağlı marifləndirici informasiya bülletenləri paylanıldı.

Keçidlər