Goranboyda “Məişət zorakılığı ilə mübarizə sahəsində informasiya bülletenlərinin hazırlanması və əhali arasında yayılması” ilə bağlı maarifləndirmə-təbliğat işləri aparıldı.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020–2023-cü illər üçün Milli Fəaliyyət Planı” əsasında hazırlanmış tədbirlər Planına uyğun olaraq, Goranboy rayon İcra Hakimiyyəti və Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə əməkdaşlığı ilə “Məişət zorakılığı ilə mübarizə sahəsində informasiya bülletenlərinin hazırlanması və əhali arasında yayılması” ilə bağlı Goranboy şəhəri ərazisində vətəndaşlara məişət zorakılığı, zorakılıq törətmiş şəxsin məsuliyyətləri, bu cür halların qarşısının alınması və s. mövzular haqqında ətraflı məlumatlar verildi, bununla bağlı marifləndirici informasiya bülletenləri paylanıldı.