Goranboyda Məhərrəmlik ayının başlanması ilə əlaqədar din xadimləri ilə növbəti görüş keçirildi
16 iyun 2026 | 17:36
16 iyun 2026-cı il tarixində Məhərrəmlik ayının başlanması ilə əlaqədar Goranboy Rayon İcra Hakimiyyəti yanında yaradılmış qərargahın üzvləri ilə rayon ərazisində fəaliyyət göstərən din xadimlərinin növbəti görüşü keçirildi. Görüşdə Məhərrəmlik ayı ərzində keçiriləcək dini mərasimlərin Azərbaycan Respublikasının qanunvericiliyinə, milli-mənəvi dəyərlərə və dini etiqad azadlığı prinsiplərinə uyğun şəkildə təşkili ilə bağlı məsələlər müzakirə olundu.








