Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Med life Hospitalın fəaliyyəti ilə tanışlıq

22 may 2025 | 10:59

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sektor müdiri Emin Eyvazov Goranboy şəhərində yeni istifadəyə verilmiş Med life Hospitalın fəaliyyəti ilə yerində tanış oldular. Məlumat üçün bildiririk ki, ölkəmizdə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlar Goranboy rayonunda da sahibkarlığın inkişafı üçün əlverişli mühit formalaşdırmışdır. Bunun sayəsində son dövrlər rayonda özəl istehsal müəssisələri, orta və iri sahibkarlıq obyektləri fəaliyyətə başlamışdır. Bu istiqamətdə həyata  keçirilən əsaslı  tədbirlərin nəticəsidirki,  Goranboy şəhərində,  2023-cü ilin  mart ayında tikintisinə başlanmış,   inşasına ümumilikdə 15 milyon manat vəsait xərclənilmiş və ən müasir, yüksək keyfiyyətli  tibbi avadanlıqlarla  təhciz edilmiş  özəl tibb müəssisəsi – Med life Hospital artıq əhalinin istifadəsindədir. 98 çarpayılıq Hospitalda ambulator, stasionar, cərrahiyyə, doğuş və təcili yardım şöbələri, o cümlədən ambulator şöbədə  ginekologiya, travmotologiya, lor, oftalmologiya, bütün laborator müayinələr, hər növ ultrasəs müayinələri və radiologiya xidmətləri fəaliyyət göstərir. Burada 150 nəfər işlə təmin olunmuşdur.

Keçidlər