Goranboyda magistral yol kənarında qanunsuz quraşdırılmış və memarlıq üslubuna uyğun gəlməyən köşk, talvar və yöndəmsiz tikililərin sökülməsi təmin edilmişdir.
23 sentyabr 2024 | 17:08
Goranboy rayonununda magistral yolların kənarında heç bir hüquqmüəyyənedici sənəd olmadan və mövcud qanunvericiliyin tələblərinə uyğun müvafiq razılıq alınmadan qanunsuz tikinti işlərinin aparılması ilə bağlı müvafiq araşdırmalar həyata keçirilmiş və Goranboy rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən birgə həyata keçirilən tədbirlər nəticəsində rayon ərazisində qanunsuz quraşdırılmış, heç bir hüquqmüəyyənedici sənədləri olmayan və memarlıq üslubuna uyğun gəlməyən 40 a yaxın köşk, talvar və digər yöndəmsiz tikililər sökülmüş. yolun ümumi görünüşünə xələl gətirən reklam lövhələri dəyişdirilmişdir.