Goranboyda, leysan yağışları nəticəsində yaranan sel sularının yarasız hala saldığı Qarqucaq kəndinin girişində olan körpü bərpa olunaraq sakinlərin istifadəsinə verilmişdir.
14 iyul 2023 | 09:50
Goranboy rayon İcra Hakimiyyəti Başçısının yerlərdə vətəndaşlarla keçirdiyi səyyar qəbullar zamanı, mövcud problemlərlə bağlı edilən müraciətlərin araşdırılması və operativ həlli istiqamətində əməli tədbirlər həyata keçirilir. İcra Başçısı Məhərrəm Quliyevin Qarqucaq kəndində keçirdiyi qəbulda kəndin girişində olan körpünün bərpası ilə bağlı, kənd sakinlərinin müraciətinin təmin olunması məqsədi ilə 18 iyun 2023-cü il tarixdə leysan yağışları nəticəsində yaranan sel sularının yarasız hala saldığı Qarqucaq kəndinin girişində olan körpü bərpa olunaraq sakinlərin istifadəsinə verilmişdir.