Goranboyda kümçülük təsərrüfatına baxış keçirildi
03 iyun 2026 | 11:17
Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birlikdə Tap Qaraqoyunlu kəndində kümçülük təsərrüfatında barama istehsalının gedişi ilə yerində tanış oldu.
Rayon rəhbəri ipəkqurdlarının bəslənməsi və saxlanılması vəziyyəti ilə maraqlanaraq mövcud şəraitlə yaxından tanış oldu. İcra başçısı qeyd etdi ki, rayonda baramaçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər məşğulluğun artırılması və kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.








