Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda kümçülərə barama toxumu paylanıldı

12 may 2026 | 10:43

Goranboy rayonunda baramaçılığın inkişafı istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində, rayon İcra Hakimiyyəti və aidiyyəti qurumların nümayəndələrinin birgə iştirakı ilə kümçülərə barama hibrid toxumlarının paylanması həyata keçirildi və ümumilikdə, 40 kümçüyə 70 qutu barama hibrid paylanıldı. Proses zamanı kümçülərə ipəkqurdu yetişdirilməsinin texniki qaydaları, bəslənmə mərhələləri və məhsuldarlığın artırılması yolları ilə bağlı maarifləndirici tövsiyələr də verildi.Qeyd edək ki, hər bir qutudan orta hesabla 40-45 kiloqram yaş barama əldə olunması gözlənilir. Bu isə, barama istehsalına mühüm töhfə verəcək.

Keçidlər