Goranboyda, "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar maarifləndirici tədbir keçirildi.
17 may 2024 | 10:50
Goranboy rayon İcra Hakimiyyəti, rayon Prokurorluğu, rayon Polis şöbəsi və Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Goranboy şəhər 1 nömrəli tam orta məktəbdə "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin əməkdaşlarının iştirakı ilə maarifləndirici tədbir keçirildi. Görüşdə dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması və mübarizə tədbirlərinin davamlılığının təmin edilməsinin əhəmiyyətindən danışıldı.