Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planının 5.1-ci bəndinin icrası ilə əlaqədar, tədbir keçirildi

06 fevral 2025 | 17:05

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2022-ci il tarixli, 3199 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planının 5.1-ci bəndinin icrası ilə əlaqədar, Goranboy rayon İcra Hakimiyyəti, rayonun hüquq-mühafizə orqanları əməkdaşları və vətəndaş cəmiyyətinin nümayəndələrinin birgə iştrakı ilə tədbir keçirildi. Tədbirdə Fəaliyyət Planının ölkəmizdə açıqlıq, şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqini daha da genişləndirilməsi,  korrupsiya faktlarının qarşısının alınması məqsədi ilə vəzifəli şəxsin gəlirləri barədə məlumat vermək öhdəliyinin olduğu, şəffalığın təmin olunması, vəzifəli şəxslərin yaxın qohumları, seçkili vəzifələr və qanunvericiliklə nəzərdə tutulan digər hallar istisna olmaqla, bilavasitə onun tabeliyində olan vəzifəni tutmasına yol verilməməsi, vəzifəli şəxsin hədiyyə alma ilə əlaqədar məhdudiyyətləri, korrupsiya cinayətlərinin subyekti, obyekti, subyektiv və obyektiv cəhətləri, korrupsiya ilə əlaqədar hüquqpozmalara görə vəzifəli şəxslərin məsuliyyəti, antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə, tədris və digər tədbirlərin səmərəliliyinin yüksəldilməsi barədə maarifləndirici çıxışlar edildi.

Keçidlər