Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində, marifləndirici təlim keçirilir

27 avqust 2025 | 10:25

Goranboy rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində Goranboy rayonunun Tatarlı kənd tam orta məktəbində marifləndirici təlimə start verildi. Təlim 25-29 avqust tarixlərini əhatə edəcək. Bununla bağlı keçirilən tədbirdə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Azər Əliyev, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun sədr müavini Tanrıverdi Aydınov, bir qrup şəhid ailələri, qazilər və gənclər iştirak etdilər.

Keçidlər