Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, “Konstitusiya və Suverenlik İli” tədbirləri çərçivəsində, “Ümummilli Lider Heydər Əliyev və müstəqil, suveren Azərbaycan” mövzusunda tədbir keçirildi

05 may 2025 | 18:21
Goranboyda, “Konstitusiya və Suverenlik İli” tədbirləri çərçivəsində, rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında, “Ümummilli Lider Heydər Əliyev və müstəqil, suveren Azərbaycan” mövzusunda tədbir keçirildi. Tədbirdə, rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Türk Ağsaqqalları Birliyinin sədri, əməkdar dövlət və elm xadimi Sudeif İmamverdiyev, bir qrup YAP rayon fəalları iştirak etdiklər. Tədbir iştirakçıları öncə, Ümummilli Liderimizin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Tədbir çərçivəsində, Ümummilli Liderimizin xalqımıza həsr olunmuş mənalı ömür yolunu özündə əks etdirən foto və rəsm sərgisi nümayiş etdirildi, videoçarx izlənildi. Tədbirdə, YAP rayon təşkilatının təsis edilməsinin 30 iliyi münasibəti ilə bir qrup YAP rayon fəallarına Fəxri Fərmanlar, üzvülük vəsiqələri və qiymətli hədiyyələr təqdim edildi.
Keçidlər