Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Konstitusiya və Suverenlik İli” ilə bağlı “dini etiqad azadlığının təmin edilməsi, dövlət-din münasibətlərinin tənzimlənməsi və dini mərasimlərin keçirilməsi məqsədilə aidiyyətı qurumların fəaliyyətinin əlaqələndirilməsi” mövzusunda tədbir keçirildi

30 iyun 2025 | 10:43

Goranboyda “Konstitusiya və Suverenlik İli” ilə bağlı silsilə tədbirlərin keçirilməsi məqsədilə rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, “dini etiqad azadlığının təmin edilməsi, dövlət-din münasibətlərinin tənzimlənməsi və dini mərasimlərin keçirilməsi ilə əlaqədar aidiyyətı qurumların fəaliyyətinin əlaqələndirilməsi” mövzusunda   tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Seymur Nazarov,  Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Gəncə Bölgəsi üzrə Şöbənin müdiri Həsən Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü Anar Orucov, rayon Prokurorluğu, rayon Polis şöbəsi və DTX rayon şöbəsinin əməkdaşları, digər məsul şəxslər və rayonun dini icma rəhbərləri iştirak etdilər.

Keçidlər