Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Konstitusiya və Suverenlik ili” çərçivəsində, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 ci il dönümü ilə bağlı, təşkil olunan mini futbol üzrə rayon birinciliyinin final oyunu keçirildi

20 may 2025 | 11:09

“Konstitusiya və Suverenlik ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədilə Goranboy rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına uyğun olaraq, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 ci il dönümü ilə bağlı, rayonun idarə və təşkilatları arasında təşkil olunan mini futbol üzrə rayon birinciliyinin final oyunu keçirildi. Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə Olimpiya İdman Kompleksində təşkil olunan yarışın final mərhələsində Uşaq Gənclər İdman Şahmat Məktəbinin və Olimpiya İdman Kompleksinin komandaları qarşılaşdılar. Final oyununun nəticəsinə görə, UGİŞM komandası 1-ci yerin qalibi oldu. Bu münasibətlə keçirilən təltifetmə mərasimində rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, YAP rayon təşkilatının sədri Samir Qocayev və digər aidiyyəti məsul şəxslər iştirak etdilər. Final görüşündən sonra qalib komandalar kubok və medalla təltif olundu.

Keçidlər