Goranboyda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ''Ulu Öndər Heydər Əliyev və Azərbaycan Səhiyyəsinin inkişafı" mövzusunda tədbir keçirildi
09 dekabr 2025 | 17:17
Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı və rayon Mərkəzi Xəstəxanasının birgə iştirakı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı, ''Ulu Öndər Heydər Əliyev və Azərbaycan Səhiyyəsinin inkişafı" mövzusunda tədbir keçirildi. Tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət olundu, Heydər Əliyev mərkəzinə ekskursiya edildi, sonra mövzu ətrafında çıxışlar dinlənildi.








