Goranboyda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Su ehtiyatlarının ədalətli bölüşdürülməsi və kəndin suveren inkişafı” mövzusunda tədbir keçirildi
Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Su ehtiyatlarının ədalətli bölüşdürülməsi və kəndin suveren inkişafı” mövzusunda tədbir keçirildi. Tədbirdə su ehtiyatlarından səmərəli və ədalətli istifadə, kənd təsərrüfatında su təminatının yaxşılaşdırılması, mövcud su infrastrukturunun təkmilləşdirilməsi, habelə kəndlərin dayanıqlı və suveren inkişafında meliorasiya sistemlərinin rolu ilə bağlı məsələlər müzakirə olundu. Tədbir iştirakçıları Konstitusiyamızda əks olunan təbii sərvətlərdən ümumi istifadə hüququnun təmin olunması və bu sahədə dövlət siyasətinin yerli səviyyədə icrası istiqamətində birgə fəaliyyətin vacibliyini vurğulandı.








