Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Qazdan səmərəli istifadə–İqtisadi güc və müstəqillik” mövzusunda tədbir keçirildi

15 iyul 2025 | 12:39

Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Qazdan səmərəli istifadə – İqtisadi güc və müstəqillik” mövzusunda,  rayon Qaz istismarı sahəsinin inzibati binasında tədbir keçirildi. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri və qaz təsərrüfatı üzrə mütəxəssislər iştirak etdilər.Çıxış edənlər təbii qazdan səmərəli və təhlükəsiz istifadənin iqtisadi dayanıqlığın və enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını vurğuladılar. Bildirildi ki, qaz sərfiyyatına nəzarət və israfçılığın qarşısının alınması təkcə fərdi istehlakçılar deyil, bütövlükdə ölkə iqtisadiyyatı üçün əhəmiyyətlidir.Tədbir zamanı qaz təsərrüfatında mövcud vəziyyət, qarşıda duran vəzifələr və əhalinin maarifləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə də məlumat verildi. Həmçinin, əhali arasında qazdan istifadədə təhlükəsizlik qaydalarına ciddi riayət olunmasının vacibliyi xüsusi olaraq qeyd olundu.

Keçidlər