Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda "Konstitusiya və Suverenlik İli" çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı üzrə rayon birinciliyi keçirildi

14 iyun 2025 | 11:56

Goranboy rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına uyğun olaraq, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru və Goranboy Gənclər Evinin birgə təşkilatçılığı ilə əmək kollektivləri arasında intellektual bilik yarışı üzrə Goranboy rayon birinciliyi keçirildi. Goranboy Olimpiya İdman Kompleksinin akt zalında təşkil edilmiş bilik yarışında 11 komanda olmaqla 55 nəfər əməkdaş iştirak etdi. İştirakçılar ümumilikdə 24 sualdan ibarət 2 mərhələ üzrə qalibiyyət uğrunda mübarizə apardılar.Gərgin mübarizə şəraitində keçən bilik yarışında I, II və III yeri qazanmış komandalar fəxri fərman, kubok və medallarla təltif olundular.

Keçidlər