Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, “Konstitusiya və Suverenlik ili“ çərçivəsində, “Milli mədəniyyətimiz Ulu Öndər Heydər Əliyev ideyalarından güc alır“ mövzusunda tədbir keçirildi

03 may 2025 | 17:10

Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili“ çərçivəsində, Goranboy rayon Mədəniyyət Mərkəzinin inzibati binasında “Milli mədəniyyətimiz Ulu Öndər Heydər Əliyev ideyalarından güc alır“ mövzusunda keçirilən tədbirdə, rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Seymur Nazarov, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Goranboy nümayəndəliyi, bir qrup mədəniyyət işçiləri, ictimai fəallar, ağsaqqallar və ziyalılar iştirak etdilər. Tədbir çərçivəsində, Ulu Öndər Heydər Əliyevə həsr olunmuş rəsm və foto sərgiyə baxış keçirildi, videoçarx izlənildi, mövzu ətrafında çıxışlar dinlənildi.

Keçidlər