Goranboyda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycanın bugünkü və sabahkı inkişafının təminatçısı” adlı konfrans keçirildi
16 oktyabr 2025 | 14:14
Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” tədbirləri çərçivəsində Olimpiya İdman Kompleksində təşkil olunan “Azərbaycanın bugünkü və sabahkı inkişafının təminatçısı” adlı konfransda rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun hüquq mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərləri, bir qrup ictimaiyyət nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları öncə, Ümummilli lider Heydər Əliyevin və vətənimizin suverenliyi uğrunda şəhid olan vətən övladlarımızın əziz xatirələri 1 dəqiqəlik sükutla yad edildi, Prezident cənab İlham Əliyevin dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün təmin olunması yolunda misilsiz xidmətlərinə həsr olunmuş videoçarx izlənildi. Sonra mövzu ətrafında çıxışlar dinlənildi.








