Goranboyda, “Konstitusiya və Suverenlik İli” çərçivəsində, 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2026-cı ilin gəlişi ilə bağlı, tədbir keçirildi
Goranboy şəhəri Heydər Əliyev Parkında, Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” ilə bağlı keçirilən ümumrayon tədbirləri çərçivəsində, 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il-2026-cı ilin gəlişi ilə bağlı, keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Tədbir iştirakçıları öncə, Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Tədbirdə çıxış edən icra başçısı Məhərrəm Quliyev bayramlar münasibəti ilə rayon ictimaiyyətini təbrik etdi. Tədbir çərçivəsində, rəsm və əl işləri sərgisi, idmançıların təqdimatında müxtəlif idman növləri üzrə nümunələr və musiqili bədii proqram nümayiş etdirildi.








