Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “Kənd təsərrüfatının siyahıyaalınması” ilə bağlı tədbir keçirildi

16 iyul 2025 | 15:38

Rayon İcra Hakimiyyətinin inzibati binasınınn akt zalında keçirilən  tədbirdə, aidiyyəti dövlət qurumlarının məsul şəxsləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, siyahıyaalmada fəaliyyət göstərəcək nəzarətçilər, sayıcılar iştirak etdilər. Rayon İcra Hakimiyyəti başçısının  birinci müavini, rayon üzrə kənd təsərrüfatı siyahıyaalınmasına yardım komissiyasının sədri Seymur Nazarov və rayon  Statistika İdarəsinin rəisi Səxavət Qədirov mövzu ətrafında çıxış edərək, iştirakçılara ətraflı məlumat verdilər. Qeyd oldu  ki, cari ilin 15 iyul–15 avqust tarixləri arasında ölkə üzrə, o cümlədən Goranboy rayonunda kənd təsərrüfatının siyahıyaalınması həyata keçiriləcək. Bu prosesin əsas məqsədi sahə üzrə dəqiq və etibarlı statistik məlumatların toplanması, habelə icraçılar üçün zəruri təlimatların çatdırılmasıdır.Tədbirdə siyahıyaalmanın mahiyyəti, əhatə dairəsi və əhəmiyyəti vurğulanıb, metodoloji əsasları və həyata keçirilmə mərhələləri barədə ətraflı izahlar təqdim olundu.

Keçidlər